Salam,
Bu dəfə laboratoriya çalışmamızda TFTP serverə routerin konfiqurasiya faylının ehtiyat nüsxəsinin (backup) yüklənməsini izah edəcəyik.
PC0
ip ünvan – 192.168.1.100/24
Router1
interfeys Fa0/0 ip ünvan – 192.168.1.1/24
interfeys Se0/1/0 ip ünvan- 172.16.1.1/16
Router2
interfeys Se0/1/0 ip ünvan – 172.16.1.2/16
interfeys Fa0/0 ip ünvan – 10.10.10.1/8
Server-PT
ip ünvan – 10.10.10.100/8
Tapşırıq:
1. İnterfeysləri qeyd olunmuş ip ünvanlarla konfiqurasiya edin.
2. Ping vasitəsilə interfeyslər arası əlaqəni test edin.
3. 10.10.10.0\8 şəbəkəsinə Router1-dən statik rout yazın.
4. PC0 ilə Server-PT arasındakı əlaqəni ping vasitəsilə test edin.
5. Router1-dəki startup-config faylının ehtiyat nüsxəsini TFTP serverə yollayın.
6. Startup-config faylının TFTP serverdə olduğunu yoxlayın.
Uğurlar!
Amal
CCNA/CCNP