Salam,
Cisco switch-lərinə təyin edilmiş şifrə unudularsa, şifrənin silinərək yenidən təyin edilməsi mümkündür. Bunun üçün aşağıdakı prosedurları yerinə yetirmək lazımdır.
1. Kompüteri konsol kabeli vasitəsilə switch-in konsol portuna birləşdirin.
2. Kompüterdə terminal proqramını (HyperTerminal, Putty və s.) işə salın və əlaqə dəyərlərini aşağıdakı kimi tənzimləyərək switch-ə daxil olun:
Bits per second (baud): 9600
Data bits: 8
Parity: None
Stop bits: 1
Flow Control: Xon/Xoff
3. Switch-in elektrik kabelini çıxardaraq söndürün.
4. Switch-i yenidən yandırın və üzərindəki mode düyməsinə basaraq – switch: prompt: – moduna daxil olun. Bu moda daxil olma metodu switch-lərin modelindən asılı olaraq dəyişir.
Model: 2900XL,3500XL,3550 – mode düyməsinə basın və Port1x indikatoru sondükdən sonra mode düyməsini buraxın.
Model: 2940, 2950 – mode düyməsinə basın və 5 saniyədən sonra Status (STAT) indikatoru söndükdə buraxın. Bu zaman SYST indikatoru narıncı rəngdə yanıb-sönəcək.
Model: 2960, 2970 – mode düyməsinə basın və SYST indikatoru narıncı rəngdə yanıb-sonərək sabit yaşıl rəngə çevrilən kimi buraxın. Bu zaman SYST indikatoru yaşıl rəngdə yanıb-sönəcək.
Model: 3560, 3750 – mode düyməsinə basın və təxminən 15 saniyədən sonra SYST indikatoru sabit yaşıl rəngdə olanda buraxın. Bu zaman SYST indikatoru yaşıl rəngdə yanıb-sönəcək.
Modeldən asılı olaraq, terminal pəncərəsində müxtəlif sistem mesajları göstəriləcək. Məsələn, 2955 modelində:
C2955 Boot Loader (C2955−HBOOT−M) Version 12.1(0.0.514), CISCO DEVELOPMENT TEST VERSION
Compiled Fri 13−Dec−02 17:38 by madison
WS−C2955T−12 starting…
Base ethernet MAC Address: 00:0b:be:b6:ee:00
Xmodem file system is available.
Initializing Flash…
flashfs[0]: 19 files, 2 directories
flashfs[0]: 0 orphaned files, 0 orphaned directories
flashfs[0]: Total bytes: 7741440
flashfs[0]: Bytes used: 4510720
flashfs[0]: Bytes available: 3230720
flashfs[0]: flashfs fsck took 7 seconds.
…done initializing flash.
Boot Sector Filesystem (bs:) installed, fsid: 3
Parameter Block Filesystem (pb:) installed, fsid: 4
*** The system will autoboot in 15 seconds ***
Send break character to prevent autobooting.
The system has been interrupted prior to initializing the flash file system to finish
loading the operating system software:
flash_init
load_helper
boot
4. flash_init əmrini daxil edin:
switch: flash_init
Initializing Flash…
flashfs[0]: 143 files, 4 directories
flashfs[0]: 0 orphaned files, 0 orphaned directories
flashfs[0]: Total bytes: 3612672
flashfs[0]: Bytes used: 2729472
flashfs[0]: Bytes available: 883200
flashfs[0]: flashfs fsck took 86 seconds
….done Initializing Flash.
Boot Sector Filesystem (bs:) installed, fsid: 3
Parameter Block Filesystem (pb:) installed, fsid: 4
5. load_helper əmrini daxil edin:
switch: load_helper
Qeyd: Bu əmr switch-in modelindən asılı olaraq, bəzi modellərdə işləyir, digərlərində isə belə bir əmr mövcud deyil.
6. dir flash: əmrini daxil edərək flash-da hansı faylların yerləşdiyinə baxın:
switch: dir flash:
Directory of flash:/
2 −rwx 1803357 <date> c3500xl−c3h2s−mz.120−5.WC7.bin (Cisco switch-in əməliyyat sistemi (IOS) )
4 −rwx 1131 <date> config.text (Konfiqurasiya faylı)
5 −rwx 109 <date> info
6 −rwx 389 <date> env_vars
7 drwx 640 <date> html
18 −rwx 109 <date> info.ver
403968 bytes available (3208704 bytes used)
Qeyd: Modeldən asılı olaraq nəticə fərqli ola bilər.
7. rename flash:config.text flash:config.old əmrini daxil edərək, konfiqurasiya faylının adını dəyişin. Switch-in şifrəsi config.text faylında yerləşir.
switch: rename flash:config.text flash:config.old
8. boot əmrini daxil edərək switch-i yenidən işə salın.
switch: boot
Loading “flash:c3500xl−c3h2s−mz.120−5.WC7.bin”…###############################
################################################################################
######################################################################
File “flash:c3500xl−c3h2s−mz.120−5.WC7.bin” uncompressed and installed, entry po
int: 0×3000
executing…
9. İlkin konfiqurasiyadan imtina etmək üçün klaviaturada n düyməsinə, sonra isə Enter düyməsinə basın:
−−− System Configuration Dialog −−−
At any point you may enter a question mark “?” for help.
Use ctrl−c to abort configuration dialog at any prompt.
Default settings are in square brackets “[]“.
Continue with configuration dialog? [yes/no]: n
10. enable əmrini yazaraq, enable moda daxil olun:
Switch>enable
Switch#
11. rename flash:config.old flash:config.text əmrini daxil edərək, konfiqurasiya faylının adını dəyişdirin:
Switch#rename flash:config.old flash:config.text
Destination filename [config.text]
Enter düyməsinı basın.
12. Konfiqurasiya faylını yaddaşa yazın.
Switch#copy flash:config.text system:running−config
Destination filename [running−config]?!
Enter düyməsinı basın.
1131 bytes copied in 0.760 secs
13. Yeni şifrələri təyin edin:
Sw1# configure terminal
Sw1(config)#enable secret [email protected]!$
Sw1(config)#line vty 0 15
Sw1(config−line)#password [email protected]$w0rD
Sw1(config−line)#login
Sw1(config−line)#exit
Sw1(config−line)#line con 0
Sw1(config−line)#password C0n$ol4r
14. Konfiqurasiyanı yadda saxlayın:
Sw1#write memory
Building configuration…[OK]
Bu prosedurlardan sonra switch-də əvvəlki şifrələr silinəcək.
Uğurlar!
Amal
CCNA/CCNP