Salam,
Cisco router-lərinə təyin edilmiş şifrə unudularsa, şifrənin silinərək yenidən təyin edilməsi mümkündür. Bunun üçün aşağıdakı prosedurları yerinə yetirmək lazımdır.
1. Kompüteri konsol kabeli vasitəsilə router-in konsol portuna birləşdirin.
2. Kompüterdə terminal proqramını (HyperTerminal, Putty və s.) işə salın və əlaqə dəyərlərini aşağıdakı kimi tənzimləyərək router-ə daxil olun:
Bits per second (baud): 9600
Data bits: 8
Parity: None
Stop bits: 1
Flow Control:None
3. Router-in arxasında yerləşən yandırıb-söndürmə düyməsinə basaraq söndürün.
4. Router-i yenidən yandırın və Ctrl Break kombinasiyasına basaraq diaqnostik məqsədlər üçün hazırlanmış ROMMON moduna daxil olun.
5. ROMMON modunda konfiqursiya reyesterinin dəyərini dəyişdirin:
rommon 1 > confreg 0×2142
Qeyd: 0×2142 dəyəri mövcüd konfiqurasiyanı (unudulan şifrələrin olduğu konfiqurasiya) yükləməmək mənasını ifadə edir.
6. Router-i yenidən işə salın:
rommon 2> reset
7. Router ilkin konfiqurasiya modunda işə düşəcək. Bu isə o deməkdir ki, əvvəlki konfiqurasiya yüklənməmişdir. n düyməsinə, sonra isə Enter düyməsinə basın:
— System Configuration Dialog —
Continue with configuration dialog? [yes/no]: n
8. Yeni şifrələri təyin edin:
R1# configure terminal
R1(config)#enable secret [email protected]!$
R1(config)#line vty 0 15
R1(config−line)#password [email protected]$w0rD
R1(config−line)#login
R1(config−line)#exit
R1(config−line)#line con 0
R1(config−line)#password C0n$ol4r
9. Konfiqursiya reyesterinin dəyərini dəyişdirin. Bu dəyər yeni konfiqurasiyanı (yuxarıda təyin etdiyimiz yeni şifrələrin olduğu konfiqurasiya) yükləmək mənasını ifadə edir.
R1(config)#config-register 0×2102
10. Konfiqurasiyanı yadda saxlayın:
R1#write memory
Building configuration…[OK]
11. Router-i yenidən işə salın:
R1#reload
Bu prosedurlardan sonra router-də əvvəlki şifrələr silinəcək.
Uğurlar!
Amal
CCNA/CCNP