Salam,
Cisco Discovery Protocol (CDP) yalnız Cisco şirkətinin istehsalı olan avadanlıqlar arasında fəaliyyət göstərən və qonşu avadanlıqlar haqqında məlumat verən protokoldur. CDP OSI modelinin ikinci pilləsində, yəni Layer 2-də (Data Link) fəaliyyət göstərir. Buna görə də, CDP protokolunun fəaliyyəti üçün avadanlıqlar arasında ip bağlantısının olması vacib deyil. Avadanlıqların fiziki olaraq birləşdirilməsi, avadanlıqların bir-birinə bağlı olan interfeyslərin işlək vəziyyətə gətirilməsi (no shutdown əmri), serial interfeyslərdə isə əlavə olaraq siqnalı sinxronlaşdıran və zamanlayan tərəfin təyin edilməsi (clock rate 56000 – 56000 dəyəri fərqli ola bilər) CDP protokolunun fəaliyyət göstərməsi üçün kifayətdir. Qeyd edək ki, CDP protokolu ilkin konfiqurasiyaya uyğun olaraq Cisco avadanlıqlarında aktivdir.
Topologiyaya diqqət etsək görərik ki, Router0 adlı router-ə üç avadanlıq qoşulub. Router0-da CDP protokolunun fəaliyyətini show cdp neighbors əmrinin köməyilə yoxlayaq.
Göründüyü kimi CDP protokolu Router0 adlı router-də fəaliyət göstərir və qonşu avadanlıqlar haqqında müəyyən məlumat verir. Diqqət etsək görərik ki, topologiyada Router0 adlı router-ə iki yox, üç avadanlıq qoşulub. show cdp neighbors əmri isə iki avadanlığı göstərir. Yuxarıda qeyd etdiyimiz kimi, CDP protokolu yalnız Cisco istehsalı olan avadanlıqlar arasında fəaliyyət göstərir. Kompüter Cisco istehsalı olan avadanlıq olmadığı üçün show cdp neighbors əmrinin nəticəsində görsənmir. Təhlükəsizlik və şəbəkədə əlavə yüklənmənin (CDP mesajları hər 60 saniyədən bir yollanılır) qarşısını almaq baxımından Cisco avadanlıqlarının Cisco istehsalı olmayan avadanlıqlara qoşulan interfeyslərində CDP prokolunun fəaliyyətini dayandırmaq olar. Bunun üçün həmin interfeysə daxil olub, no cdp enable əmrini daxil edirik.
CDP protokolunun fəaliyyətini bütünlükdə qlobal olaraq dayandırmaq lazım olarsa, no cdp run əmrini vermək lazımdır.
Router0(config)#no cdp run
show cdp neighbors əmrini yenidən daxil etsəniz, CDP protokolunun aktiv olmaması ilə bağlı xəbərdalıq alacaqsınız.
Router0#show cdp neighbors
% CDP is not enabled
show cdp neighbors əmrinin nəticəsini analiz edək.
Uğurlar!
Amal
CCNA/CCNP