1. OSI şəbəkə modelində 7 bölmə var:
Application
Presentation
Session
Transport
Network
Data Link
Physical
2. İP ünvan 32 bit-dən ibarətdir.
3. CCNA abreviaturası Cisco Certified Network Associate deməkdir.
4. Data Integrity – məlumatın icazəsiz olaraq dəyişdirilməsinin qarşısının alınmasına xidmət edən anlayışdır.
5. VPN texnologiyasının iki növü var: Site-to-site və Remote Access.
6. Full duplex rejimində işləyən porta bağlı xəttdə toqquşma (collision) olmur.
7. Sviçlərdə normal VLAN-lar haqqında informasiya flash adlı yaddaşda vlan.dat faylında saxlanılır.
8. www servisi http protokolundan və 80-ci portdan istifadə edir.
9. EtherChannel texnologiyası portların cəmləşməsi yolu ilə sürətin artırılması texnologiyasıdır.
10. show running-config əmri ilə RAM-da yerləşən mövcüd konfiqurasiyaya baxmaq olar.
Uğurlar!
Amal
CCNA/CCNP