Salam,
Bu dəfə Cisco router-larında menyunun onfiqurasiya olunmasından danışacağıq.
1. Router-da menyuya (TEST) və istifadəçi menyusuna (Router Menu) ad verin:
R1(config)#menu TEST title $
Enter TEXT message. End with the character “$”.
Router Menu $
2. Router menyusunda əmrlərə rəqəmlər təyin edin:
R1(config)#menu TEST text 1 “Current Configuration”
R1(config)#menu TEST command 1 show run
R1(config)#menu TEST text 2 “Ping Router”
R1(config)#menu TEST command 2 ping 172.16.100.2
R1(config)#menu TEST text 3 “Telnet to Router6″
R1(config)#menu TEST command 3 telnet 192.168.1.254
R1(config)#menu TEST text 4 “Exit To Shell”
R1(config)#menu TEST command 4 menu-exit
R1(config)#menu TEST text 5 “Exit”
R1(config)#menu TEST command 5 exit
3. Privileged Exec moda şifrə təyin edin:
R1(config)#enable secret 123456
4. İstifadəçi adı yaradın və ona şifrə təyin edin:
R1(config)#username cisco secret cisco123456
5. Router menyusunu bu istifadəçi adına bağlayın:
R1(config)#username cisco autocommand menu TEST
6. Telnet əlaqəni konfiqurasiya edin. login local əmrinin köməyi ilə telnet ausentikasiya prosesi zamanı router-da konfiqurasiya edilmiş istifadəçi adı və şifrədən istifadə edilməsini təmin edin:
R1(config)#line vty 0 4
R1(config-line)#login local
7. Kompüterdən command line bölməsində router-ı telnet edin:
8. Telnet əlaqəsi üçün istifadəçi adını (cisco) və şifrəni (cisco123456) daxil edin:
8. Konfiqurasiya edilən menyudakı rəqəmlərdən istifadə etməklə müvafiq əmrləri yerinə yetirin. Klaviaturada 1 rəqəmini basdıqda cari konfiqurasiyaya (running-config) baxa, 2 rəqəmini basdıqda router-ı ping (ping 172.16.100.2) edə, 4 rəqəmini basdıqda menyunu tərk edə və 5 rəqəmini basdıqda isə telnet əlaqəsini sonlandıra bilərsiniz.
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security