Salam,
Cisco avadanlıqlarını eyni anda bir neçə şəbəkə mühəndisi və ya inzibatçısı konfiqurasiya edə bilər. Məsələn, bir inzibatçı telnet vasitəsilə avadanlığa daxil olub, digəri isə konsol vasitəsilə avadanlığa daxil olub avadanlığı eyni zamanda konfiqurasiya edə bilər. Avadanlığın eyni anda konfiqurasiya edilməsi neqativ hallara gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün konfiqurasiya modunu kilidləmək lazımdır. Bu funksiyanın köməyi ilə avadanlığı bir inzibatçı konfiqurasiya edən zaman digər inzibatçı eyni anda eyni avadanlığı konfiqurasiya edə bilməyəcək. Konfiqurasiya modunun kilidlənməsinin iki metodu var:
1. avtomatik
2. əl ilə görülən
1. İlk öncə avadanlığa telnet vasitəsilə bağlanıb, konfiqurasiya edə bilmək üçün bir neçə əmri daxil edək.
R1#configure terminal
R1(config)#username amal password amal
R1(config)#username test password test
R1(config)#enable password amal
R1(config)#line vty 0 4
R1(config-line)#login local
2. Avtomatik olaraq konfiqurasiya modunun kilidlənməsinin aktivləşdirək:
R1(config)#configuration mode exclusive auto
3. amal adlı istifadəçi adı ilə avadanlığa telnet vasitəsilə qoşulduqdan və konfiqurasiya moduna daxil olduqdan sonra test adlı istifadəçi adı ilə avadanlığa telnet vasitəsilə bağlandıqdan sonra konfiqurasiya moduna daxil olmaq istəyəndə avadanlıq aşağıdakı bildirişi verəcək.
Configuration mode locked exclusively by user “amal” process “157″ from terminal “66″. Please try later.
Bildirişdən görünür ki, konfiqurasiya modu amal adlı istifadəçi tərəfindən kilidlənmişdir. show configuration mode əmrinin köməyilə daha ətraflı məlumat əldə etmək olar.
Yalnız amal adlı istifadəçi konfiqurasiya modunu tərk etdikdən sonra test adlı istifadəçi konfiqurasiya moduna daxil olub avadanlığı konfiqurasiya edə bilər.
Konfiqurasiya modunu avtomatik yox, əl ilə də aktivləşdirmək olar.
R1(config)#no configuration mode exclusive auto
R1(config)#configuration mode exclusive manual
Konfiqurasiya modunun avtomatik kilidlənməsi metodundan fərqli olaraq, konfiqurasiya
modunun kilidlənməsi funksiyasını əl ilə aktivləşdirdikdə, configure terminal əmrini lock parametri ilə daxil etmək lazımdır.
R1#configure terminal lock
QEYD: Konfiqurasiyanın kilidlənməsi funksiyası bütün avadanlıqlarda işləmir.
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security/CCAI