Salam,
Biznes prosesinin davamlılığını (business continuity) təmin etmək üçün tətbiq olunan şəbəkə texnologiyalarından biri də əsas interfeys üçün ehtiyat interfeysin təyin olunmasıdır. Bu zaman əsas interfeysdə problem olarsa, avtomatik olaraq ehtiyat interfeys işə düşür. Bundan başqa, əsas interfeysdə yüklənmə (load) müəyyən həddi aşarsa, bu zaman da ehtiyat interfeys avtomatik olaraq işə düşür. Beləliklə, şəbəkədən asılı olan biznes proseslərində kəsintilər minimum səviyyədə olur.
Qeyd: Ehtiyat interfeys yalnız əsas interfeysdə OSI modelinin Layer 2 səviyyəsində problem olanda işə düşür.
Bizim halda əsas interfeys s0/0, ehtiyat interfeys isə s 0/1-dir.
1. Əsas interfeys üçün ehtiyat interfeysi təyin edin:
R1(config)#interface serial 0/0
R1(config-if)#backup interface serial 0/1
R1(config-if)#backup delay 3 10
Backup delay əmrindəki birinci rəqəm (3) əsas interfeysdə problem olarsa neçə saniyədən sonra ehtiyat interfeysin işə düşəcəyini göstərir. İkinci rəqəm (10) isə əsas interfeysdəki problem aradan qaldırıldıqdan neçə saniyə sonra bu interfeysin öz funksiyasını bərpa edəcəyini göstərir. Deməli, əsas interfeysdə problem 3 saniyədən çox davam edərsə, ehtiyat interfeys işə düşüb, ozünü əsas interfeys kimi aparacaq. Əsas interfeysdəki problem aradan qaldırıldıqdan 10 saniyə sonra əsas interfeys ehtiyat interfeysdən əsas olma funksiyasını geri alacaq.
2. R2 adlı routerin loopback interfeysinə R1 adlı routerdan statik rout yazın:
R1(config)#ip route 5.5.5.0 255.255.255.0 192.168.1.2
R1(config)#ip route 5.5.5.0 255.255.255.0 192.168.2.2
Konfiqurasiyanı yoxlayaq.
1. show ip interface brief – interfeyslərin vəziyyətini yoxlayaq:
Serial0/0 interfeysin həm statusu, həm də protokol vəziyyəti işlək vəziyyətdədir. Serial 0/1 interfeys isə ehtiyat interfeys olduğu üçün statusu gözləmə (standby) rejimindədir. Xatirladaq ki, status interfeysin OSI modelinin Layer 1 səviyyəsindəki, protokol isə OSI modelinin Layer 2 səviyyəsindəki vəziyyətini göstərir.
2. show backup – backup interfeyslərin vəziyyətini yoxlayaq:
Serial 0/0 əsas (primary) interfeys, serial 0/1 isə ehtiyat (secondary) interfeysdir. Əsas interfeysdə heç bir problem olmadığı üçün ehtiyat interfeys texnologiyasının vəziyyəti normaldir (normal operation).
3. show ip route – routinq cədvəli yoxlayaq:
4. traceroute 5.5.5.5 – paketlərin keçdiyi yolu yoxlayaq:
Konfiqurasiyanı test edək.
1. R1 adlı routerda debug backup əmrini daxil edək:
2. R1 adlı routerdan R2 adlı routerin loopback0 ünvanına paket yollayaq:
2. R2 adlı routerin serial 0/0 interfeysində Layer 2 səviyyədə problem yaradaq. İnterfeysin enkapsulyasiya modunu dəyişək:
R2(config)#interface serial 0/0
R2(config-if)#encapsulation ppp
3. show ip interface brief – interfeyslərin vəziyyətini yoxlayaq:
Enkapsulyasiya modunu dəyişdiyimiz üçün serial0/0 interfeysin statusu işlək olsa da, protokol vəziyyəti işlək deyil.
4. R1 adlı routerda debug backup əmrinin nəticəsini analiz edək:
Göründüyü kimi, R1 adlı routerin serial 0/0 əsas interfeysində 15:31:55-də problem baş verib. 3 saniyədən sonra, yəni 15:31:58-də isə serial 0/1 ehtiyat interfeysi işə düşüb və R1 adlı routerdan R2 adlı routerin loopback0 ünvanına paket yollanılması davam edib.
Qeyd: İstehsalatda debug əmrindən istifadə etməyə ehtiyat edin. Debug əmrinin müəyyən parametrlərlə işə salınması, routerin həddindən artıq yüklənməsinə və iş prosesinin dayanmasına səbəb ola bilər. Debug əmrini işə saldıqdan sonra undebug all əmri ilə söndürməyi unutmayın!
Qeyd: Serial xətt vasitəsilə qurulan əlaqənin bir başındakı problem, bağlantının digər başına da təsir edir.
R2 adlı routerin serial 0/0 interfeysində problem olduğu üçün R1 adlı routerin serial 0/0 interfeysi də bu problemdən xəbər tutub. R1 adlı routerda da serial0/0 əsas interfeysin statusu işlək olsa da, protokol vəziyyəti işlək deyil. Əksinə serial 0/1 ehtiyat interfeysin həm statusu, həm də protokol vəziyyəti işlək vəziyyətdədir.
Əsas interfeysdə problem olduğu üçün ehtiyat interfeys texnologiyasının vəziyyəti dəyişmişdir (backup mode). Deməli, ehtiyat interfeysi olan serial 0/1 interfeysi hal-hazırda əsas interfeys rolunu oynayır.
Əsas interfeysdə problem olduğu üçün 5.5.5.0/24 şəbəkəsinə olan statik rout da dəyişmişdir.
5. show ip route – routinq cədvəli yoxlayaq:
6. traceroute 5.5.5.5 – paketlərin keçdiyi yolu yoxlayaq:
Konfiqurasiyanı başlanğıc vəziyyətə qaytaraq:
1. R2 adlı routerin serial 0/0 interfeysinin enkapsulyasiyası modunu ilkin vəziyyətə qaytaraq:
R2(config)#interface serial 0/0
R2(config-if)#encapsulation hdlc
2. R1 adlı routerda baş verən dəyişikliklərə nəzər salaq:
R1 adlı routerin serial 0/0 əsas interfeysində problem 16:08:55-də aradan qaldırılıb və 10 saniyədən sonra, yəni 16:09:05-də serial 0/1 ehtiyat interfeysi əsas interfeys funksiyasını itirmişdir. R1 adlı routerin serial 0/0 interfeysi yenidən əsas interfeys olmuşdur və router problemdən əvvəlki vəziyyətinə qayıtmışdır.
3. show ip route – routinq cədvəli yoxlayaq:
4. traceroute 5.5.5.5 – paketlərin keçdiyi yolu yoxlayaq:
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security/CCAI