Salam,
Biznes prosesinin davamlılığını (business continuity) təmin etmək üçün tətbiq olunan şəbəkə texnologiyalarından biri də əsas interfeys üçün ehtiyat interfeysin təyin olunmasıdır. Məqalənin 1-ci hissəsində əsas interfeysdə problem olduqda, avtomatik olaraq ehtiyat interfeysin işə düşməsindən bəhs etmişdik. Bu dəfə əsas interfeysdə yüklənmə (load) müəyyən həddi aşdıqda, ehtiyat interfeysin avtomatik olaraq işə düşməsinə nəzər yetirəcəyik. Hər iki halda şəbəkədən asılı olan biznes proseslərində kəsintilər minimum səviyyədə olur.
1. Əsas interfeys üçün ehtiyat interfeysi təyin edin:
R1(config)#interface serial 0/0
R1(config-if)#backup interface serial 0/1
R1(config-if)#backup load 5 2
2. show interfaces serial 0/0 – əmrinin köməyilə konfiqurasiyanı yoxlayaq:
kickin load 5% – əsas interfeysdə yüklənmə 5% olarsa, ehtiyat interfeysin işə düşəcəyini bildirir.
kickout load 2% – əsas interfeysdə yüklənmə 2%-ə düşərsə, əsas interfeysin öz funksiyasını ehtiyat interfeysdən geri alacağını bildirir.
3. R2 adlı routerin loopback interfeysinə R1 adlı routerdan statik rout yazın:
R1(config)#ip route 5.5.5.0 255.255.255.0 192.168.1.2
R1(config)#ip route 5.5.5.0 255.255.255.0 192.168.2.2
Konfiqurasiyanı yoxlayaq.
1. show ip interface brief – interfeyslərin vəziyyətini yoxlayaq:
Serial0/0 interfeysin həm statusu, həm də protokol vəziyyəti işlək vəziyyətdədir. Serial 0/1 interfeys isə ehtiyat interfeys olduğu üçün statusu gözləmə (standby) rejimindədir. Xatirladaq ki, status interfeysin OSI modelinin Layer 1 səviyyəsindəki, protokol isə OSI modelinin Layer 2 səviyyəsindəki vəziyyətini göstərir.
2. show backup – backup interfeyslərin vəziyyətini yoxlayaq:
Serial 0/0 əsas (primary) interfeys, serial 0/1 isə ehtiyat (secondary) interfeysdir. Əsas interfeysdə heç bir problem olmadığı üçün ehtiyat interfeys texnologiyasının vəziyyəti normaldir (normal operation).
3. show ip route – routinq cədvəli yoxlayaq:
4. traceroute 5.5.5.5 – paketlərin keçdiyi yolu yoxlayaq:
Konfiqurasiyanı test edək.
1. R1 adlı routerda debug backup əmrini daxil edək:
2. R1 adlı routerdan R2 adlı routerin loopback0 ünvanına paket yollayaq:
3. R1 adlı routerda debug backup əmrinin nəticəsini analiz edək:
Göründüyü kimi, R1 adlı routerin serial 0/0 əsas interfeysində yüklənmə 5%-i keçib (load exceeded on primary). Serial 0/1 ehtiyat interfeysi dərhal işə düşüb və R1 adlı routerdan R2 adlı routerin loopback0 ünvanına paket yollanılması davam edib.
Qeyd: İstehsalatda debug əmrindən istifadə etməyə ehtiyat edin. Debug əmrinin müəyyən parametrlərlə işə salınması, routerin həddindən artıq yüklənməsinə və iş prosesinin dayanmasına səbəb ola bilər. Debug əmrini işə saldıqdan sonra undebug all əmri ilə söndürməyi unutmayın!
4. show interfaces serial 0/0 əmrinin köməyilə interfeysdəki yüklənməni yoxlayaq:
Göründüyü kimi, txload 14/255 və rxload 15/255 bölməsində yüklənmə 5% (255*5%=12.75) həddini keçmişdir.
5. show backup əmrinin köməyilə ehtiyat interfeys texnologiyasının statusuna baxaq:
Əsas interfeysdə yüklənmə olduğu üçün ehtiyat interfeys texnologiyasının vəziyyəti dəyişmişdir (overload mode).
6. show ip route əmrinin köməyilə routinq cədvələ diqqət edək:
Əsas interfeysdə yükənmə olduğu üçün ehtiyatda olan interfeys vasitəsilə 5.5.5.0/24 şəbəkəsinə aparan ikinci rout işə düşmüşdür.
7. show ip interface brief əmrinin köməyilə interfeyslərin vəziyyətinə baxaq:
backup delay əmrindən fərqli olaraq backup load əmrinin nəticəsində heç bir interfeys deaktivləşməmişdir. Əksinə ehtiyat interfeys əsas interfeysin yüklənməsi zamanı ona köməyə gəlmişdir. Hər iki interfeysin vəziyyəti işlək vəziyyətdədir. Yüklənmə 2% və daha az olduqda isə (255*2%=5.1) yenidən ehtiyat interfeys gözləmə (standby) rejiminə keçəcəkdir.
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security/CCAI