Salam,
Yeni iş yerinə adaptasiya və laboratoriyamın qurulması ilə əlaqədar saytda məqalə yazmaq işi bir qədər arxa plana düşmüşdü. Uzun illər arzu etdiyim laboratoriyanı qurdum və sizlərlə bölüşməyi düşündüm. İlk öncə öz laboratoriyam olduğu üçün və bu şansı mənə verdiyi üçün Allaha şükür edirəm. Malların alınması işində vasitəçi olan Almaniyadan Klaudiyaya və logistik dəstəyə görə isə Azərbaycandan Rəşada təşəkkür edirəm. Laboratoriya CCIE R&S imtahanı üçün planlaşdışdır.
Monitorun böyük olması bu işdə çox yararlıdır. Çox sayda pəncərə açılanda, bu pəncərələri sağa-sola, aşağı-yuxarı hərəkət etdirmək əziyyətli bir işə çevrilir.
Sviçlər Cisco Catalyst 3560 PoE-24 və 3560-48 modelidir.
Kabellər, kabellər, yenə də kabellər.
Sviçlər iş başında.
Kompüterin imkanlarından tam istifadəni və 4 portlu şəbəkə kartının Windows əməliyyat sistemində drayver problemlərini nəzərə alaraq seçim Ubuntu əməliyyat sisteminə düşdü.
Laboratoriyanın topologiyası.
Laboratoriya imtahan materialları. Sadəcə bir qismi.
Əvvəlki iş yerimdən ayrılanda materialların bu qədər çox olduğunu bilmirdim. Evdə nə böyük polietilen paket var idisə, hamısından istifadə etdim.
Cisco ilə bağlı oxuduğum materialların çap versiyasının sadəcə bir qismi.
İnşallah planda CCIE R&S laboratoriya imtahanını uğurlu vermək və laboratoriya imkanlarını genişləndirmək məsələsi durur.
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security/CCAI