Salam,
SPAN texnologiyası haqqında əvvəlki məqalədə məlumat vermişdik. Qısaca desək, SPAN texnologiyası bir sviç daxilində emal olunan freymlərin analiz olunmasına imkan verir. Rəsimdə göstərilən topologiyada isə bu mümkün olmayacaq. Çünki Switch1 adlı sviçdə analizatorun qurulduğu kompüteri sviçə qoşmaq üçün boş port yoxdur. Bu zaman RSPAN (Remote Switched Port Analyzer) texnologiyası köməyimizə gəlir.
RSPAN texnologiyası bir sviç daxilində emal edilən freymlərin sviçarası xətt (trunk) vasitəsilə digər sviçə və həmin sviçdən isə analizatorun (Wireshark) qurulduğu kompüterə ötürülməsinə imkan verir. Konfiqurasiyaya baxaq.
1. Switch1 adlı sviçdə xüsusi SPAN VLAN-ı yaradırıq:
Switch1>enable
Switch1#configure terminal
Switch1(config)#vlan 666
Switch1(config-vlan)#name RSPAN
Switch1(config-vlan)#remote
Switch1(config-vlan)#remote-span
2. Switch1 adlı sviçdə 12-ci port vasitəsilə ötürülən və qəbul edilən freymləri yaratdığımız SPAN VLAN-a ötürürük:
Switch1(config)#monitor session 1 source interface fastEthernet 0/12
Switch1(config)#monitor session 1 destination remote vlan 666
QEYD: SPAN VLAN-ın sviçarası xəttdən keçidinə icazə verildiyinə əmin olun.
3. Switch2 adlı sviçdə eyni nömrəli xüsusi SPAN VLAN-ı yaradırıq:
Switch2>enable
Switch2#configure terminal
Switch2(config)#vlan 666
Switch2(config-vlan)#name RSPAN
Switch2(config-vlan)#remote
Switch2(config-vlan)#remote-span
QEYD: SPAN VLAN-ın sviçarası xəttdən keçidinə icazə verildiyinə əmin olun.
4. Switch1 adlı sviçdə 12-ci port vasitəsilə ötürülən və qəbul edilən freymlərin ötürüldüyü 666 nömrəli VLAN-ı Switch2 adlı sviçdə analizatorun qoşulduğu 15-ci porta yönəldirik:
Switch2(config)#monitor session 1 source remote vlan 666
Switch2(config)#monitor session 1 destination interface fastEthernet 0/15
Konfiqurasiyanı show monitor əmrinin köməyilə yoxlayaq:
Uğurlar!