Salam,
Avadanlığınızı səhv konfiqurasiya etdiniz? Konfiqurasiyanı geri, yəni əvvəlki vəziyyətə qaytarmaq istəyirsiniz? Problemin həlli olaraq, avadanlığı yenidən işə salmaq məsləhət görülə bilər. Avadanlığı yenidən işə salmaq trafik kəsintisinə səbəb olduğu üçün bu biznesin davamlılığı prinsipinə zidd gəlir. Bəs nə edək? Bütün bu neqativ halları aradan qaldırmaq üçün configure replace əmri köməyinizə gəlir.
Qeyd: Configure replace əmri ilə konfiqruasiyanı bərpa etmək yalnız cari konfiqurasiyanı (running-config) NVRAM adlı yaddaşdakı konfiqurasiya faylında (startup-config) saxlamamışdan əvvəl mümkündür.
Avadanlığa aşağıdakı konfiqurasiyanı əlavə edirik və bu konfiqurasiyanı NVRAM adlı yaddaşdakı konfiqurasiya faylında (startup-config) saxlamırıq.
Baku(config)#router ospf 100
Baku(config-router)#network 192.168.1.0 0.0.0.255 area 0
Konfiqurasiyamız cari konfiqurasiya faylına əlavə edilmişdir.
Bir qədər sonra bu konfiqurasiyanı silmək istəyirik. configure replace nvram:startup-configəmrindən istifadə edirik.
OSPF ilə bağlı etdiyimiz konfiqurasiya cari konfiqurasiya faylından silindi.
Konfiqurasiyanı bərpa edərkən heç bir xəbərdalıq almadan yerinə yetirmək istəyirsinizsə, onda configure replace nvram:startup-config force əmrindən istifadə etmək olar.
Konfiqurasiyanı bərpa edərkən hansı əmrlərin silindiyini görmək üçün configure replace nvram:startup-config list əmrindən istifadə etmək olar.
Qeyd: Mövcud ssenaridəki konfiqurasiyanı no router ospf 100 əmrinin köməyilə də silmək olar. Məqalə informasiya xarakterli
olduğu üçün sadə bir misal ilə configure replace əmrinin iş prinsipi izah edilmişdir. Mürəkkəb ssenarilərdə no əmrinin köməyilə konfiqurasiyanın bərpası uzun, yorucu və təhlükəli ola bilər.
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security/CCAI