Salam,
Təsəvvür edək ki, Cisco dəstək mərkəzinə (TAC) zəng etmisiniz. Avadanlığın konfiqurasiyasını mərkəzə yollamısınız və müzakirə edirsiniz. Konfiqurasiyada müzakirə edilən əmrləri tapmaq müəyyən vaxt alır. Hər iki tərəf arasında əmrlərin tapılması prosesini sinxronizasiya etmək üçün hər iki tərəfdə sadəcə show run linenum əmrini verilməsi kifayətdir. Bu əmrin nəticəsində hər bir əmrin qarşısında sıra nömrəsi göstəriləcəkdir. Müzakirə zamanı bu nömrələrdən istifadə edərək, konfiqurasiyadakı hansı əmrin analiz edildiyini tezliklə tapmaq mümkündür. Məsələn, 3 sıra nömrəli əmr deyəndə, service timestamps debug datetime msec əmrinin müzakirə edildiyini asanlıqla anlamaq olar.
Router#show run linenum
Building configuration…
Current configuration : 740 bytes
1 : !
2 : version 12.4
3 : service timestamps debug datetime msec
4 : service timestamps log datetime msec
5 : no service password-encryption
6 : !
7 : hostname Router
8 : !
9 : boot-start-marker
10 : boot-end-marker
11: !
12 : !
13 : no aaa new-model
14 : memory-size iomem 5
15 : ip cef
16 : !
17 : !
18 : !
19 : !
20 : no ip domain lookup
21 : ip domain name lab.lab
<– çıxarış uzun olduğu üçün tam göstərilməmişdir –>
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security/CCAI