Salam,
Cisco avadanlıqlarında əməliyyat sisteminin (IOS) ehtiyat nüsxəsini TFTP vasitəsilə kompüterə köçürək. Köçürmə prosesi zamanı meydana çıxan nida işarələri prosesin normal şəkildə həyata keçirildiyini bildirir.
SW1#copy flash:c3560-advipservicesk9-mz.122-25.SEE2/c3560-advipservicesk9-mz.122-25.SEE2.bin tftp:
Address or name of remote host []? 192.168.4.3
Destination filename [c3560-advipservicesk9-mz.122-25.SEE2.bin]?c3560-advipservicesk9-mz.122-25.SEE2.bin
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

!!!!!!!!!!
7963038 bytes copied in 38.932 secs (204537 bytes/sec)
Köçürmə prosesi zamanı meydana çıxan nida və nöqtə işarələri köçürmə prosesi zamanı müəyyən problemlərin baş verdiyini bildirir.
SW1#copy flash:c3560-advipservicesk9-mz.122-25.SEE2/c3560-advipservicesk9-mz.122-25.SEE2.bin tftp:
Address or name of remote host []? 192.168.4.3
Destination filename [c3560-advipservicesk9-mz.122-25.SEE2.bin]?c3560-advipservicesk9-mz.122-25.SEE2.bin
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!…!!!!!!!!!!!!!!!!!
7963038 bytes copied in 38.932 secs (204537 bytes/sec)
Köçürmə zamanı əməliyyat sisteminin xətasız şəkildə tam köçürüldüyünü yoxlamaq üçün Md5Checker adlı proqramdan istifadə etmək olar. Bu proqram əməliyyat sisteminin MD5 dəyərini hesablayır. Əgər bu MD5 dəyəri avadanlıqda olan MD5 dəyəri ilə eynidirsə, onda əməliyyat sistemi xətasız şəkildə tam köçürülmüşdür.
Əvvəlcə əməliyyat sisteminin avadanlıqdakı MD5 dəyərini öyrənək:
SW1#verify /md5 flash:c3560-advipservicesk9-mz.122-25.SEE2/c3560-advipservicesk9-mz.122-25.SEE2.bin
……………………………………………………………………………………………………….
……………………………………………………………………………………………………….
……………………………………………………………………………………………………….
……………………………………………….Done!
verify /md5 (flash:c3560-advipservicesk9-mz.122-25.SEE2/c3560-advipservicesk9-mz.122-25.SEE2.bin) = 610ee66f876dc99b75dc380355cd6870
Əməliyyat sisteminin avadanlıqdakı MD5 dəyəri 610ee66f876dc99b75dc380355cd6870 oldu. İndi isə əməliyyat sisteminin kompüterimizə köçürülən nüsxəsinin MD5 dəyərini Md5Checker proqramının köməyilə hesablayaq:
1. Proqramı işə salaq:
2. Proqramda Add işarəsinə basaraq, MD5 dəyəri hesablanacaq faylı seçək:
3. Əldə etdiyimiz MD5 dəyər 610ee66f876dc99b75dc380355cd6870 oldu. Dəyərləri müqayisə edək:
Cisco avadanlığındakı MD5 dəyər (610ee66f876dc99b75dc380355cd6870) kompüterdə Md5Checker proqramı vasitəsilə əldə etdiyimiz MD5 dəyərlə (610ee66f876dc99b75dc380355cd6870) eynidir. Bu o deməkdir ki, əməliyyat sisteminin kompüterə köçürülməsi zamanı heç bir xəta baş verməmişdir. Köçürmə zamanı əməliyyat sisteminin tamlığına zərər dəyməmişdir.
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security/CCAI